RU

Portuqaliya millisinin DÇ-2026-da hədəfini müəyyən edilib

Portuqaliya Futbol Federasiyası (FPF) dünya çempionatının finalına çıxmağın milli komandanın rəsmi məqsədi olduğunu açıqlayıb.

İdman.Biz bildirir ki, bu barədə The Touchline X-in sosial media hesabında məlumat verib.

Seçmə mərhələdə Roberto Martinezin məşqçi olduğu Portuqaliya komandası altı oyunda 13 xal toplayaraq F qrupunda birinci yeri tutub və DÇ-2026-ya vəsiqə qazanıb. Komandanın bu mərhələdəki rəqibləri Macarıstan, İrlandiya və Ermənistan olub.

Bu, Portuqaliyanın dünya çempionatlarında ardıcıl yeddinci çıxışıdır. Qarşıdan gələn 2026-cı il turniri 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək.

Daha əvvəl bildirilmişdi ki, Portuqaliya millisi DÇ-2026-dan sonra Joze Mourinyonu milli komandanın baş məşqçisi vəzifəsinə dəvət etməyi düşünür.

İdman.Biz
Избранный
17
1
idman.biz

2Источники