RU

BMT: Afrikada 300 milyondan çox insan təmiz içməli su tapa bilmir » AzadMedia.az

BMT:

Afrikada əhalinin təxminən 20 faizi — yəni 300 milyondan çox insan təmiz və təhlükəsiz içməli suya çıxışdan məhrumdur. Bu barədə BMT baş katibinin müavini və BMT-nin Afrika üzrə İqtisadi Komissiyasının icraçı katibi Klaver Qatete Afrika İttifaqının İcra Şurasının 48-ci sessiyasının açılış mərasimində çıxışı zamanı bildirib. Tədbir Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilib

Qatete Afrika İttifaqının 2063-cü il Gündəliyinin məqsədlərinə nail olmaq üçün davamlı su təminatı və təhlükəsiz sanitariya sistemlərinin yaradılmasının vacibliyini vurğulayıb. O qeyd edib ki, “su və sanitariya sadəcə sosial xidmət deyil, həm də iqtisadi infrastrukturun əsas elementidir”.

BMT rəsmisinin sözlərinə görə, qitə üzrə 300 milyondan çox insan təhlükəsiz içməli sudan, təxminən 780 milyon nəfər isə adekvat sanitariya şəraitindən məhrumdur. O bildirib ki, vəba, ishal və qarın yatalağı kimi su ilə bağlı xəstəliklər Afrikada hələ də minlərlə insanın həyatına son qoyur. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına əsasən, Afrika regionunda hər saat qarşısı alına bilən xəstəliklər səbəbindən təxminən 115 nəfər həyatını itirir.

Qatete vurğulayıb ki, su və sanitariya sahəsində problemlər iqtisadiyyata da ciddi zərbə vurur. Onun sözlərinə görə, zəif su təchizatı və kanalizasiya sistemləri əmək məhsuldarlığını azaldır, səhiyyə xərclərini artırır və investisiyaların qarşısını alır.
“Zavodların etibarlı su təchizatına, kənd təsərrüfatının suvarmaya, şəhərlərin isə səmərəli kanalizasiya sistemlərinə ehtiyacı var. Etibarlı su infrastrukturu olmadan sənaye zonaları rəqabət qabiliyyətini qoruya bilmir, logistika mərkəzləri genişlənə bilmir və şəhər iqtisadiyyatı dayanıqlı inkişaf edə bilmir”, – deyə BMT rəsmisi əlavə edib.

Избранный
31
1
azadmedia.az

2Источники