RU

Bakı səfərim möhtəşəm idi - Vens

Azərbaycana səfər etdiyimə görə çox şadam.

 
Sitat.info xəbər verir ki, bunu ABŞ-ın vitse-prezidenti Ceyms Devid Vens Azərbaycana səfərini başa vurduqdan sonra hava limanında jurnalistlərə açıqlaması zamanı bildirib.
 
O qeyd edib ki, Azərbaycan Prezidenti ilə bir sıra mühüm məsələləri müzakirə edib. Vens vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın liderliyi sayəsində Cənubi Qafqazda müharibə əvəzinə sülh və ticarətin inkişafı təmin olunacaq.
 
ABŞ-ın vitse-prezidenti Azərbaycana səfərini əla adlandırıb və buna görə Prezident İlham Əliyevə təşəkkür edib.
 
Azərbaycan Prezidentini nüfuzlu dünya lideri adlandıran Vens dövlət başçımızla regional və qlobal məsələləri, həmçinin terrorizmlə mübarizəni müzakirə etdiyini vurğulayıb.
 
“Bu, möhtəşəm səfər idi”, — deyə Vens əlavə edib.
 
Избранный
5
1
sitat.info

2Источники