Gəncə sakininə kəsici-deşici alətlə xəsarət yetirilib.
Leqal.info xəbər verir ki, hadisə şəhər ərazisində baş verib.
Belə ki, 2006-cı il təvəllüdlü C. Əliyev kəsici alətdən aldığı yara ilə xəstəxanaya çatdırılıb.
Ona ilkin tibbi yardım edilib, vəziyyətinin orta-ağır olduğu bildirilir.
Məlumata əsasən, C.Əliyev döyülüb, daha sonra kəsici-deşici alətə ona xəsarət yetirilib.
Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Leqal.info
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта