RU

Azərbaycanda hərbçi faciəli şəkildə öldü

Beyləqanda 1996-cı il təvəllüdlü Qərib Qəribov yaşadığı evin hamamında dəm qazından boğularaq ölüb. Hadisə rayon ərazisindəki mənzillərdən birində baş verib.

"Yeni Sabah" Oxu.Az-a istinadla xəbər verir ki, o, Beyləqandakı “N” saylı hərbi hissədə xidmət edirmiş.

Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) Şəki rayon Baş Layısqı kənd sakini olub. Onun meyiti bu gün səhər saatlarında hamamda aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.


Telegram kanalımız
Избранный
11
13
yenisabah.az

10Источники