RU

Paşinyan: Ermənistan AES-in istismar müddəti 2046-cı ilə qədər uzadıla bilər

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ölkədə fəaliyyət göstərən Atom Elektrik Stansiyasının istismar müddətinin 2046-cı ilə qədər uzadılması planlaşdırılır.

KONKRET.az xəbər verir ki, onun sözlərinə görə, hazırda stansiyanın fəaliyyətinin 2036-cı ilə qədər uzadılmasını nəzərdə tutan mərhələ həyata keçirilir. Bu mərhələdən sonra isə əlavə olaraq daha 10 il müddətinə — 2046-cı ilədək istismarın davam etdirilməsi nəzərdə tutulur.

Paşinyan qeyd edib ki, bu dövr ərzində yeni atom elektrik stansiyasının tikintisi ilə bağlı yekun qərar qəbul edilməlidir.

Xatırladaq ki, 2023-cü ildə Rosatom Service ilə Armenian Nuclear Power Plant arasında stansiyanın istismar müddətinin 2036-cı ilə qədər uzadılması barədə saziş imzalanıb. Hazırda isə istismar müddətinin daha da artırılması istiqamətində işlər davam etdirilir.

Qeyd edək ki, Ermənistan AES ölkənin əsas enerji mənbələrindən biri hesab olunur və onun fəaliyyəti regionda həm enerji təhlükəsizliyi, həm də ekoloji təhlükəsizlik baxımından diqqətlə izlənilir.

Natiq Səlim,
KONKRET.az

Избранный
28
1
konkret.az

2Источники