“Qalatasaray” mövsümün sonunda müqaviləsi başa çatacaq Mauro İkardi ilə bağlı qərarını verib.
İdmanxeber.az-ın məlumatına görə, klub rəhbərliyi argentinalı hücumçuya illik təxminən 7 milyon avro məbləğində yeni müqavilə təklif etməyə hazırlaşır.
“Sarı-qırmızılar” bu addımla həm maliyyə balansını qorumağı, həm də hücum xəttində sabitliyi saxlamağı planlaşdırır.
İkardiyə xaricdən marağın davam etdiyi bildirilir. Argentinalı hücumçunun da “Qalatasaray”da oynamağa müsbət yanaşdığı iddia edilib.