RU

Samvel Karapetyan Ermənistanda partiya sədriSEÇİLDİ

Tanınmış sahibkar Samvel Karapetyan Güclü Ermənistan Partiyasının sədri seçilib.

Redaktor.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Məlumata görə, bu gün partiyanın təsis qurultayı keçirilib. Tədbirdə partiyanın sədri və idarə heyəti seçilib.

Fevralın 12-də isə partiyanın baş nazir postuna namizədinin adı açıqlanacaq.

Qeyd edək ki, erməniəsilli rusiyalı sahibkar 2025-ci ilin iyununda saxlanılıb. O, hakimiyyəti ələ keçirməyə açıq çağırışlar etməkdə ittiham olunub. İş adamı günahını inkar edir. İrəvan məhkəməsi ona ikiaylıq həbs cəzası verib, lakin bu müddət sonradan bir neçə dəfə uzadılıb.

Onun cəzası yanvarın 18-də ölkəni tərk etməmək barədə yazılı iltizam və girov müqabilində ev dustaqlığına dəyişdirilib. Bundan əlavə, ölkə hakimiyyəti Karapetyana məxsus "Ermənistan Elektrik Şəbəkələri" QSC-nin milliləşdirilməsi təşəbbüsünü irəli sürüb. Həbs olunduqdan sonra Karapetyan erməni xalqının aktual problemlərini həll edəcək prinsipial bir siyasi qüvvə yaratmaq niyyətini açıqlayıb.

Избранный
17
redaktor.az

1Источники