RU

Azərbaycan XİN Kanadaya başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Kanadaya başsağlığı verib.

Moderator.az xəbər verir ki, bu barədə Nazirliyin sosial media hesabında paylaşım edilib.

"Kanadanın Tambler Rigd şəhərində baş verən faciəli məktəb atışması bizi dərin kədərləndirir. Bu çətin dövrdə qurbanların ailələrinə və yaxınlarına, eləcə də Kanada hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Düşüncələrimiz yaralılarladır, onların tez və tam sağalmalarını arzulayırıq".

Qeyd edək ki, Kanadanın qərbindəki kiçik bir şəhər olan Tambler Rigdə orta məktəbdə və yaxınlıqdakı bir yaşayış yerində baş verən kütləvi atışma nəticəsində şübhəli şəxs də daxil olmaqla 10 nəfər ölüb.

Избранный
22
9
moderator.az

10Источники