RU

Azərbaycanda Türkiyədəki kimi dağıdıcı zəlzələ olacaq?

Cebheinfo saytından alınan məlumata görə, ain.az bildirir.

Türkiyədə zəlzələlər davam edir. 

Son vaxtlar Azərbaycanın da bəzi ərazilərində zəlzələlər müşahidə olunur. Zəlzələ ilə yanaşı, əsas narahatlıqlardan biri cənub rayonları və bəzi dağlıq ərazilərdə uzun zamandır davam edən torpaq sürüşmələridir. Bu səbəbdən hətta orada tikilən evlər belə uzun müddət dayanıqlı olmur. 

Seysmoloq Qulam Babayev “Cebheinfo.az”-a bildirib ki, Azərbaycan zəlzələ bölgəsi sayılır, burada tektonik və seysmik aktivlik mövcuddur. Amma Türkiyə ilə müqayisədə Azərbaycan o qədər də aktiv deyil: 

“Ölkədə hiss olunan zəlzələ baş verə bilər, bu qaçılmazdır. Seysmologiyada dərinlik amili əsas amillərdən biridir. Seysmologiyada 4 və 5 maqnitudalı zəlzələ hiss olunan zəlzələ sayılır. 

İnsanların bir hissəsi zəlzələni daha güclü, bir hissəsi isə daha zəif hiss edə bilər. Bu, insanların yaşadığı binadan və ya onun mərtəbəsindən asılıdır. Bu amillərə görə zəlzələ fərqli gücdə hiss oluna bilər”. 

Seysmoloq qeyd edib ki, Azərbaycanda Türkiyədə olduğu kimi dağıdıcı və güclü zəlzələ gözlənilmir, amma hiss olunan zəlzələ qaçılmazdır: 

“Azərbaycanın cənub bölgəsi və digər dağlıq ərazilərdə torpaq sürüşmələri olur. Sürüşmə prosesləri həm dərində və səthə yaxın baş verən geodinamik proseslər nəticəsində, həm də iqlimlə bağlı hadisələr nəticəsində baş verir. 

Sürüşmə bir neçə amildən asılıdır. Bu amillərin içərisində geodinamik dərinliklərdə və səthə yaxın gözləmə proseslərinin hərəkətləri də rol oynayır”.

Seysmoloq bildirib ki, sürüşmə proseslərinin qarşısı alına bilər:

“Sürüşmələrin qarşısının alınması üçün müəyyən əlavə gücləndirici konstruksiyalar tikilə və bərkidilmə prosesləri aparıla bilər”.

Aişə Abdulova 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
16
1
cebheinfo.az

2Источники