RU

İndoneziyada təyyarəyə hücum edilib: iki pilot həlak olub

ain.az, Ayna portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Hücum edənlərin şəxsiyyəti və hadisənin motivi hələ müəyyən edilməyib

Naməlum silahlı şəxslər İndoneziyada hava limanına eniş etdikdən sonra kiçik kommersiya təyyarəsinə hücum edərək iki pilotu öldürüblər. AYNA.AZ “Reuters”ə istinadən bildirir ki, yerli polis hücum barədə məlumat yayıb.

Polis sözçüsü təyyarənin “Smart Air” şirkətinə məxsus olduğunu və göyərtəsində 13 sərnişin və iki pilotun olduğunu bildirib.

Təyyarə bu gün yerli vaxtla günorta saatlarında Cənubi Papua əyalətinin Bouen Diqoel şəhərindəki “Korowai” hava limanına eniş edib.

“Atışma başlayanda pilotlar və sərnişinlər təyyarəni tərk edərək hava limanının yaxınlığındakı meşəlik ərazidə gizləniblər. Pilotlar həlak olub, lakin sərnişinlər sağ qalıb", - deyə o bildirib və əlavə edib ki, hücum edənlərin şəxsiyyəti və hadisənin motivi hələ müəyyən edilməyib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
9
ayna.az

1Источники