RU

Ermənistan tezliklə “Tramp Marşrutu” ilə bağlı yanaşmasını ABŞ-yə təqdim edəcək

BAKI, 11 fevral. TELEQRAF

“Ermənistan yaxın günlərdə “Tramp Marşrutu” (TRIPP) layihəsi ilə bağlı fikirlərini ABŞ-yə təqdim edəcək”.

Teleqraf xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan bildirib.

O qeyd edib ki, layihə iki ölkənin hökumətləri tərəfindən təsdiqlənmiş çərçivə sənədinə əsaslanacaq.

“Hazırda layihənin texniki-iqtisadi təhlili aparılır ki, sonradan qiymətləndirmə mümkün olsun”, - Paşinyan vurğulayıb.

Избранный
21
2
teleqraf.com

3Источники