RU

Tarixin 11 fevralı...

Tarixin səhifələrində 11 fevraldayıq.

Hit.az xəbər verir ki, bu gün tarixi hadisələrlə olduqca zəngin bir gündür.

İstər dünya, istərsə də ölkə tarixində bir çox hadisələr məhz bu tarixdə baş verib. Həmçinin, çox sayda tanınmış şəxsin doğum və ölüm günləri də 11 fevrala təsadüf edir. Bundan başqa, 11 fevral bir çox ölkədə fərqli gün kimi qeyd olunur. Məsələn, ABŞ-də İxtiraçılar Günü, Kamerunda Gənclər Günü, Liberiyada Silahlı Qüvvələr Günü, Yaponiyada isə Milli Quruluş Günüdür.


11 fevralda nələr baş verib?

1992-ci ildə Azərbaycanla İspaniya arasında diplomatik əlaqələr qurulub. Eyni ilin eyni günündə Azərbaycan Respublikasının Mərkəzi Bankı yaradılıb. 

Dünyada isə 1873-cü ildə İspaniya Kralı I Amadeus taxtdan imtina edib və Birinci İspaniya Respublikası yaranıb. 1928-ci ildə II Qış Olimpiya Oyunları Sankt-Moritsdə keçirilib. 1953-cü ildə İsraillə SSRİ arasında münasibətlər kəsilib. 1979-cu ildə İran İslam İnqilabı nəticəsində Ayətullah Ruhullah Xomeyninin rəhbərliyi altında İslam teokratiyasını yaradılıb. 1990-cu ildə Nelson Mandela 27 il siyasi məhbus olaraq qaldıqdan sonra Cənubi Afrikanın Viktor Verster həbsxanasından azad edilib. 2011-cu ildə isə Misir inqilabının birinci dalğası nəticəsində prezidnet Hüsnü Mübarəkin istefa verib və etirazların ardından hakimiyyət Ali Hərbi Şuraya keçib. 

11 fevralda doğulanlar:
1987-ci ildə şəhid mayor Ramid Hacıyev, 1929 -cu ildə tarixçi, əməkdar elm xadimi Tofiq Köçərli, 1950-ci ildə pianoçu, bəstəkar Cahangir Qarayev və 1971-ci ildə müğənni Nadir Qafarzadə dünyaya gəlib.

Dünyada isə 1873-cü ildə gürcü bəstəkar, Dmitri Arakişvili, 1902-ci ildə Sovet aktrisası Lyubov Orlova, 1917-ci ildə amerikalı yazıçı Sidni Şeldon, 1920-ci ildə Misir və Sudan kralı I Faruq,1969-cu ildə amerikalı aktrisa Cennifer Eniston, 1981-ci ildə ispan futbolçu Aritz Aduriz, 1986-cı ildə Çili prezidenti Qabriel Boriç və 1999-cu ildə ukraynalı futbolçu Andrey Lunin doğulub.

11 fevralda vəfat edənlər:

1650-ci ildə fransız filosof Rene Dekart, 1740-ci ildə Səfəvi hökmdarı II Təhmasib, 1829-cu ildə rus yazıçı və diplomat Aleksandr Qriboyedov, 1948-ci ildə rus rejissor Sergey Eyzenşteyn, 1963-cü ildə amerikalı şair Silviya Plat, 1980-ci ildə şair Əliağa Kürçaylı, 1981-ci ildə aktyor Möhsün Sənani, 2009-cu ildə müdafiə nazirinin müavini, general-leytenant Rail Rzayev, 2012-ci ildə bəstəkar Elza İbrahimova dünyasını dəyişib. 

Pərviz


 

Избранный
14
hit.az

1Источники