RU

"Atlana-atlana oxuyur, biədəb görünür"

Əməkdar artist Ruhəngiz Musəvi "Öz aramızda" verilişində müasir müğənnilərlə bağlı sərt fikirlər səsləndirib.

Milli.Az-ın məlumatına görə, sənətçi bildirib ki, indiki bəzi ifaçıların səhnə davranışları ona görə qəbuledilməzdir:

"İndiki müğənnilər səhnədə atlana-atlana oxuyur, biədəb görünürlər. Övladınızı düşünün. Qadına yaraşan hərəkətlərdir bu? Məşhurluq ayrı, sevgi, hörmət qazanmaq ayrı şeydir. Mən danışığımı da, geyimimi, oturuşumu da bilmişəm".

Ruhəngiz Musəvi xüsusilə gənc xanım ifaçılara müraciət edərək əlavə edib:

"Gənc qızlara hardasa elə hərəkət yaraşar, ancaq övladı olan qadınlar gələcəkdə elçi gedəcəksiniz, yaxud qapınıza gələcəklər. Bunları fikirləşin. Lap ağ ediblər, əsəb keçirirəm. Bu qədər də oxuyan olar?"

Əməkdar artistin bu açıqlamaları sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Musa
Milli.Az

Избранный
7
2
milli.az

3Источники