Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Bakı Şəhər Gənclər və İdman İdarəsi ilə Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə şahmat üzrə 2016-2017-ci il təvəllüdlü (10 yaş) və 2018-ci il təvəllüdlü və daha kiçik yaşlı (8 yaş) oğlanlar arasında Bakı şəhər birinciliyi keçirilmişdir.
İdman.Biz xəbər verir ki, yarış “Təhsil” Respublika İdman Mərkəzinin 3 nömrəli Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbi Publik Hüquqi Şəxsin nəzdində təşkil olunmuşdur. Maraqlı və gərgin mübarizə şəraitində baş tutan birincilikdə ümumilikdə 58 şahmatçı iştirak etmişdir.
2016–2017-ci il təvəllüdlü şahmatçılar arasında qaliblər:
1-ci yer – Həsənov Yaşar
2-ci yer – Məmmədli Mehdi
3-cü yer – Məmmədrzayev Renat
2018-ci il təvəllüdlü şahmatçılar arasında qaliblər:
1-ci yer – Ağalarov Tərlan
2-ci yer – Alxasov Şair
3-cü yer – Qarayev Ömər
Qaliblərə Bakı Şəhər Gənclər və İdman İdarəsinin diplom və medalları təqdim olunmuşdur.
Qeyd edək ki, birincilikdə hər iki yaş qrupu üzrə ilk 6 yeri tutan şahmatçılar Azərbaycan çempionatında iştirak etmək hüququ qazanmışdır.
İdman.Biz









Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.