Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Bakı, 11 fevral, AZƏRTAC
Fevralın 13-də Bişkekdə idman güləşi üzrə “Super 4 Wrestling” (S4W) beynəlxalq turniri keçiriləcək.
AZƏRTAC “Kabar” xəbər agentliyinə istinadla xəbər verir ki, turnir “Jaştık” idman arenasında baş tutacaq və tamaşaçılara yeni yarış formatı təqdim olunacaq. Bir çəki dərəcəsində çempionluq kəməri uğrunda dünyasəviyyəli dörd güləşçi mübarizə aparacaq.
Yarışlarda Qırğızıstan, Rusiya, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Monqolustan, Yaponiya, ABŞ və Bolqarıstandan tanınmış güləşçilər iştirak edəcəklər.
Qeyd edilir ki, il ərzində dünyanın müxtəlif paytaxtlarında S4W turnirinin dörd mərhələsinin keçirilməsi planlaşdırılır. Bişkek bu formatda beynəlxalq miqyaslı yarışı qəbul edən ilk şəhərlərdən biridir.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.