RU

"Beautytime" salonlar şəbəkəsi bloqeri aldadıb - Özündən açıqlama

Tanınmış bloqer Fidan Zeyn "Beautytime" salonlar şəbəkəsindən narazıdır. 

"Unikal"ın əldə etdiyi məlumata görə, bloqer bu barədə "Instagram" səhifəsində paylaşım edib.

O, bildirib ki, şəbəkənin rəhbəri Könül Həmzəyeva onun və digər bloqer Azerinanın etibarından sui-istifadə edilərək aldadılıblar: "Nəticədə çox böyük maddi və mənəvi zərər görmüşük. 2 aydır ki, Xətai Polis İdarəsi tərəfindən araşdırılma aparılır. Mənə vurulmuş ziyan hələ də ödənilməyib".

Bloqer hüquq-mühafizə orqanlarından işin obyektiv araşdırılmasını xahiş edib. 

O, açıqlamasında bildirib ki, Kəmalə Həmzəyeva ilə ortaq biznes qurub. Bu məqsədlə həyətyanı sahəsini və maşınını sataraq bu biznesə yatırıb. Nəticədə isə K.Həmzəyeva tərəfindən aldadılıb. Zeynin iddiasına görə, K.Həmzəyeva onun 150 min manatını mənimsəyib.

Orxan Rasifoğlu

Избранный
6
1
unikal.az

2Источники