RU

Şakira konsert zamanı yıxıldı - VİDEO

Dünyaca məşhur pop ulduzu Şakira El Salvadorda keçirilən konserti zamanı səhnədə yıxılsa da, qısa müddət ərzində ayağa qalxaraq çıxışını davam etdirib.

Ölkə.az xəbər verir ki, sənətçinin peşəkar davranışı pərəstişkarları tərəfindən böyük alqışla qarşılanıb.

49 yaşlı ifaçı “Las Mujeres Ya No Lloran World Tour” çərçivəsində San-Salvadorda çərşənbə axşamı baş tutan konsertində “Si Te Vas” mahnısını səsləndirərkən ayağını burxub. Mikrofon dirəyini daşıyarkən müvazinətini itirən Şakira səhnədə yerə yıxılıb.

Dirsəyi üzərinə düşən müğənni qısa fasilədən sonra ayağa qalxaraq proqramına qaldığı yerdən davam edib. Hadisəni zarafatla qarşılayan Şakira daha sonra instaqram hesabında yıxılma anının videosunu paylaşaraq, “Narahat olmayın, sanki rezindən hazırlanmışam”, – deyə qeyd edib.

Həmidə İbrahimova

Избранный
31
1
olke.az

2Источники