RU

Xoşqədəm TV 8 də Doğuşdan danışdı Onu qucaqlayacaqlar

Demokrat.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Xoşqədəm Hidayətqızı Türkiyənin "TV-8" kanalında yayımlanan "Gel Konuşalım" proqramına telefonla bağlanıb. Aparıcı "Survivor" yarışmasından qayıdan həyat yoldaşı Doğuş barədə səmimi fikirlərini bölüşüb.Demokrat.az xəbər verir ki, o, ailə həyatında inamın vacib olduğunu qeyd edib. Aparıcı müğənni ilə evlənərkən onun sənətçi olduğunu və çox sevildiyini bildiyini vurğulayıb. Tanınmış aparıcı qadınlara səslənərək çox qısqanc olmamağı məsləhət görüb:“Doğuşa güvəndiyim üçün ailə qurdum. O, bir sənətçidir. Hər kəsin qəlbində sevgi ilə anılır, təbii ki, onu qucaqlayacaqlar, sevgi sözləri yazacaqlar. Bunları bilərək, güvənərək, inanaraq onunla ailə qurdum. Çox qısqanclıq məhv edir, qadınlara məsləhətim çox qısqanc olmasınlar”.Ece Erkenin "Doğuş özəl günləri xatırlayır, romantikdir?" sualına isə Xoşqədəm xanım zarafatla belə cavab verib:“Xatırlamasa, onu öldürərəm”.Bu açıqlamalar həm studiyadakılar, həm də tamaşaçılar tərəfindən maraqla qarşılanıb.(bizimmedia)Demokrat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
27
demokrat.az

1Источники