Bayram süfrəsini zəngin və təmtəraqlı etmək üçün çeşid-çeşid yeməklər, növbənöv salatlar və şirniyyat hazırlanır. Bayram vaxtı istehlak edilməyən yeməklər isə bəzən israf olunmaması üçün sonrakı günlərə saxlanılır. Lakin mütəxəssislər hesab edirlər ki, dəfələrlə qızdırılıb bayat şəkildə istehlak olunan yeməklərin orqanizmə bir sıra mənfi təsirləri ola bilər. Ona görə də belə qidaların istehlakı zamanı daha diqqətli olmaq lazımdır. Sağlamolun.az xəbər verir ki, bununla bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əhaliyə xəbərdarlıq edib.Saglamolun.Az