RU

Rusiyada texnikumda silahlı insident - 1 ölü, 2 yaralı

Rusiyanın Krasnodar diyarında texnikumda silahlı insident baş verib.

Sitat.info  TASS-a istinadən xəbər verir ki, hadisə diyarın Anapa şəhərində qeydə alınıb.

Məlumata görə, təhsil müəssisəsinin tələbəsi texnikumun dəhlizində insanlara atəş açıb.

Nəticədə 1 nəfər həlak olub, daha 2 nəfər isə yaralanıb. Ölənin texnikumun mühafizəçisi olduğu bildirilir.

Tələbənin atəş açdığı silahın növü hələ müəyyən edilməyib.

Faktla bağlı araşdırma aparılır.

Избранный
23
2
sitat.info

3Источники