RU

Reşford “Atletiko” ilə oyunu buraxacaq

“Barselona” İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində səfərdə “Atletiko”nun qonağı olacaq.

Msport.az xəbər verir ki, Kataloniya təmsilçisi oyuna ciddi itki ilə çıxacaq.

Markus Reşford Madrid səfərində komandaya kömək edə bilməyəcək. İngiltərəli vinger La Liqanın XXIII turunun “Malyorka” ilə matçında (3:0) dizindən zədə alıb. Markus bu mövsüm “Barselona”nın heyətində meydana çıxdığı 34 rəsmi matçda 10 qol və 13 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Atletiko” – “Barselona” qarşılaşması fevralın 12-dən 13-nə keçən gecə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Избранный
9
4
msport.az

5Источники