RU

Avropa Parlamentinin miqrasiya siyasətində sağçıların təsiri güclənir

Brüssel, 11 fevral, AZƏRTAC

Avropa Parlamenti miqrasiya ilə bağlı iki mühüm qərar qəbul edərək, Avropa İttifaqı (Aİ) üzrə sığınacaq qaydalarını daha da sərtləşdirib.

AZƏRTAC xəbər verir ki, səsvermə mərkəz sağdan ifrat sağa qədər olan çoxluğun dəstəyi ilə keçirilib və bu, siyasi balansda ciddi dəyişiklik kimi qiymətləndirilir.

Xüsusilə Avropa Xalq Partiyasının 2024-cü il seçkisi ərəfəsində əvvəl uzaq durmağa çalışdığı sağçı qüvvələrlə daha sıx əməkdaşlığa getdiyi açıq görünür. Qəbul edilən sənədlərdən biri miqrantların “təhlükəsiz üçüncü ölkələrə” deportasiyasını asanlaşdırır, digəri isə “təhlükəsiz mənşə ölkələri”nin ümumi Aİ siyahısını təsbit edir.

Təklif olunan siyahıya Banqladeş, Mərakeş, Tunis, Hindistan, eləcə də Sudan və Gürcüstan daxildir. Mərkəz sol siyasətçilər və vətəndaş cəmiyyəti bu addımları tənqid edir. Brüsseldə isə miqrasiya gündəminin getdikcə sağçıların təsiri altına düşməsi ilə bağlı narahatlıqlar artır.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Brüssel

Избранный
59
azertag.az

1Источники