RU

Tailandda məktəbə SİLAHLI HÜCUM: Yaralılar və 300-dən çox GİROV VAR

Tailandda məktəbə silahlı hücum olub.

İnterpress.az xəbər verir ki, bu barədə “The Sun” nəşri məlumat yayıb.

Tailandın cənubundakı Sonqkhla əyalətində yerləşən məktəblərdən birinə silahlı hücum edilib.

Naməlum şəxs təhsil müəssisəsinə daxil olaraq ətrafa atəş açıb.

İlkin məlumatlara görə, şagirdlər və müəllimlər arasında yaralananlar var.

Media qurumlarının yaydığı məlumata görə, hücum edən şəxs məktəbdə 300-dən çox insanı girov götürüb.

Hazırda ərazi təhlükəsizlik qüvvələri tərəfindən tam mühasirəyə alınıb və girovların azad edilməsi üçün xüsusi əməliyyat hazırlığı görülür.

Hadisənin səbəbləri və cinayətkarın kimliyi hələlik məlum deyil.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
15
interpress.az

1Источники