RU

İsgəndər Həmidovun oğlu BU İŞLƏ məşğuldur

Bakivaxti saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Məşhurların və ictimai-siyasi fiqurların həyatı həmişə cəmiyyətin diqqət mərkəzində olub.

Onların şəxsi həyatı, ailə üzvləri, fəaliyyəti və ictimai mövqeləri mediada geniş yer alır və insanlar maraqla izləyir. Hər bir detal ictimaiyyət tərəfindən müzakirə olunur və tez-tez xəbərlərə çevrilir.

Bu maraq yalnız onların ictimai rolundan deyil, həm də ailə həyatı və övladlarının fəaliyyəti ilə bağlıdır.

Belə şəxslərdən biri də İsgəndər Həmidovdur.

Bakıvaxtı.az xatırladır ki, O, 1992‑1993-cü illərdə Azərbaycanın Daxili İşlər Naziri və Azərbaycan Milli Demokrat Partiyasının sədri olub.

1995‑ci ildə ona qarşı dövlət vəsaitlərinin mənimsənilməsi, səlahiyyətlərini aşma və digər ittihamlarla 14 il həbs cəzası verilib.

Sonrakı illərdə siyasətlə bağlı bəzi fəaliyyətlərdə iştirak etsə də, daha sonra aktiv siyasi rolunu tədricən azaldıb. Həmidov media və ictimaiyyətin diqqətini çəkdiyi üçün ailəsi də maraq obyektinə çevrilib.

Bakıvaxtı.az-ın əldə etdiyi məlumata görə,  onun oğlu Nofəl Həmidov Azərbaycan Milli Elmlər Akademiyasının Elmi irs şöbəsində baş mütəxəssis vəzifəsində çalışır.

Qeyd edək ki, İ.Həmidovun iki oğlu var.

Əli Hüseynov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
15
bakivaxti.az

1Источники