Bakı. Trend:
Son dövrlər beynəlxalq münasibətlər sistemində baş verəntransformasiyalar fonunda Azərbaycanın geosiyasi çəkisi vədiplomatik manevr imkanları əhəmiyyətli dərəcədə artıb. Enerjitəhlükəsizliyi, nəqliyyat-kommunikasiya marşrutları və regionalsabitliyin təmin olunmasında oynadığı rol ölkəmizi qlobal güclərüçün etibarlı tərəfdaşa çevirib. Məhz bu reallıqlar fonundadünyanın aparıcı dövlətlərinin Azərbaycanla strateji tərəfdaşlıqmünasibətlərini dərinləşdirməyə xüsusi maraq göstərməsi diqqətçəkir.
Bunu Trend-ə açıqlamasında politoloq Azər Qarayev deyib.
Politoloq qeyd edib ki, Amerika Birləşmiş ŞtatlarınınVitse-prezidenti Cey. Di. Vensin Bakıya səfəri də bu kontekstdəqiymətləndirilməli, iki ölkə arasında əməkdaşlığın yeni mərhələyəqədəm qoyduğunu göstərən mühüm siyasi hadisə kimidəyərləndirilməlidir:
“Azərbaycanın artan geosiyasi çəkisi və regional rolu dünyanınaparıcı dövlətləri üçün ölkəmizi etibarlı və strateji tərəfdaş kimiön plana çıxarıb. Bu çərçivədə, 8 avqust 2025-ci il tarixində AğEvdə Prezident İlham Əliyevin Amerika Birləşmiş ŞtatlarınınPrezidenti Donald Trampla görüşü zamanı verilən mesajlar hələ dəbeynəlxalq diplomatiya gündəmində əhəmiyyətli nüanslar daşıyır.Məhz həmin görüşdə paraflanmış sənədlər və müəyyənləşdirilmişstrategiyalar sonrakı diplomatik addımların, o cümlədən Cey. Di.Vensin Bakıya səfərinin zəminini yaratdı”.
Azər Qarayev bildirib ki, bu səfər, Vaşinqton–Bakı xəttindəformalaşan institusional və strateji əməkdaşlığın ardıcılinkişafını nümayiş etdirir və Prezident İlham Əliyevin ABŞadministrasiyası ilə, xüsusən Prezident Trampla uzunmüddətlietimada əsaslanan münasibətlərinin davamlı xarakter daşıdığınıgöstərir:
“ABŞ dövlətinin Azərbaycana yüksək səviyyəli nümayəndə səfəri,Prezident İlham Əliyevin son illərdə regional və qlobal müstəvidəetibarlı və nüfuzlu lider kimi mövqeyinin birbaşa təsdiqi vəstrateji diplomatiyada əldə olunmuş etimadın açıq ifadəsi kimidiqqət çəkir. Cey. Di. Vensin Bakıya səfəri Vaşinqton–Bakıdialoqunda əldə edilmiş etimadın, qarşılıqlı strateji baxışların vədavamlı əməkdaşlıq iradəsinin göstəricisi olaraq, Azərbaycandiplomatiyasının yüksək səviyyədə təşkil olunmasının və Prezidentİlham Əliyevin uzaqgörən xarici siyasət kursunun birbaşanəticəsidir. Bu səfər həm də ABŞ ilə tərəfdaşlığın institusionaləsaslarla möhkəmləndirilməsi, diplomatik dialoqun daha şəffaf vəardıcıl xarakter alması baxımından əhəmiyyətli siyasi mesajdaşıyır”.
Politoloqun fikrincə görüşün nəticəsi olaraq imzalanmış StratejiTərəfdaşlıq Xartiyası Azərbaycanın beynəlxalq səviyyədə etibarınınmöhkəmlənməsinə, enerji təhlükəsizliyi və regional stabilliksahəsində aktiv rolunun tanınmasına, eləcə də strateji və iqtisadiəməkdaşlığın yeni mərhələyə keçməsinə şərait yaradır:
“Dünyanın aparıcı dövlətinin Azərbaycana göstərdiyi diqqət,ölkəmizi qlobal siyasət və iqtisadi proseslərdə etibarlı tərəfdaşkimi mövqeləndirir. Eyni zamanda, Xartiya tərəflər arasındaqarşılıqlı etimadın və uzunmüddətli əməkdaşlığın hüquqi əsaslarınımöhkəmləndirir, Azərbaycanın strateji tərəfdaş kimi rolunu davamlıolaraq təsdiqləyir.
Cey. Di. Vensin səfəri və imzalanmış Strateji TərəfdaşlıqXartiyası Azərbaycanın beynəlxalq səhnədə mövqeyini yalnız simvolikolaraq möhkəmləndirmədi; bu, ölkəmizə strateji təsir imkanlarınıgenişləndirən konkret platforma yaratdı.
Politoloq Azər Qarayev həmçinin bildirib ki, Azərbaycan–ABŞStrateji Tərəfdaşlıq Xartiyası ölkəmizin regional və qlobaldiplomatik rolunu sistemli və institusional çərçivədə gücləndirənunikal sənəddir.
“Bu Xartiya yalnız ikitərəfli münasibətləri normativ və hüquqibaza ilə təmin etmir, eyni zamanda enerji təhlükəsizliyi,nəqliyyat-logistika dəhlizləri, rəqəmsal infrastruktur və regionalstabillik kimi strateji sahələrdə Azərbaycanın öncül rolunubeynəlxalq səviyyədə təsdiqləyir.
Strateji Tərəfdaşlıq Xartiyası, süni intellekt və rəqəmsalinfrastruktur sahələrində Azərbaycan və ABŞ arasında əməkdaşlığısistemli şəkildə təşviq edərək, ölkəmizi gələcək texnoloji vəinnovasiya liderliyi üçün strateji platformaya çevirir. Xartiyaçərçivəsində rəqəmsal infrastrukturun inkişafı, AI tətbiqlərinintədqiqi, inkişafı və kommersiyalaşdırılması, eləcə dəkibertəhlükəsizlik sahəsində birgə təşəbbüslərin həyata keçirilməsiqarşılıqlı öhdəlik kimi müəyyən edilmişdir. Bu, yalnız texnolojitərəqqinin sürətləndirilməsinə xidmət etmir, həm də AzərbaycanRespublikasının qlobal rəqəmsal iqtisadiyyata inteqrasiyasınıgücləndirir, strateji layihələrdə özəl sektorun aktiv iştirakınıtəmin edir və beynəlxalq standartlara uyğun innovasiya sistemininyaradılmasına imkan verir.
Politoloqun fikrincə, Strateji Tərəfdaşlıq Xartiyası Azərbaycanvə ABŞ arasında hərbi və müdafiə əməkdaşlığını yalnız texniki vəoperativ səviyyədə deyil, institusional və strateji çərçivədə dəmöhkəmləndirir.
“Xartiya çərçivəsində müdafiə sənayesi məhsullarının tədarükü,terrorizm və digər qlobal təhlükələrə qarşı birgə mübarizə,həmçinin kibertəhlükəsizlik və mühüm infrastrukturun qorunmasısahəsində əməkdaşlıq konkret öhdəlik kimi müəyyən edilib. Bumüddəalar, Azərbaycanın regional təhlükəsizlik sistemində etibarlıvə strateji tərəfdaş kimi rolunu möhkəmləndirməklə yanaşı,beynəlxalq səviyyədə müdafiə və sülhməramlı təşəbbüslərdə aktiviştirak imkanlarını genişləndirir. Xartiya, həmçinin humanitarminatəmizləmə və təhlükəsizlik sahəsində texnoloji dəstəkvasitəsilə Azərbaycan Respublikasının həm milli, həm də regionalsabitliyə verdiyi töhfəni sistemli şəkildə təsdiqləyir”.
Xartiyanın regional bağlantılar, Orta Dəhliz layihələri iləbağlı məqamlarının əhəmiyyətini də qabardan politoloq bildirib ki,sənədin bu özəllikləri sayəsində Azərbaycanın qlobal nəqliyyat vəticarət şəbəkələrində strateji mövqeyi güclənir.
“Bu təşəbbüslər yalnız multimodal logistikanın və enerji-tranzitinfrastrukturunun inkişafına xidmət etmir, həm də Azərbaycan vəNaxçıvan arasında maneəsiz əlaqələri təmin edir, regionunbeynəlxalq ticarət potensialını artırır. Eyni zamanda, Xartiyaiqtisadi sərmayələr və biznes mühitinin genişləndirilməsinə xüsusidiqqət yetirərək, dövlət və özəl sektorları birgə fəaliyyətəsəfərbər edir, innovasiya və rəqəmsal infrastruktur sahələrinəsərmayələri təşviq edir, Azərbaycanın qlobal iqtisadiyyatainteqrasiyasını sürətləndirir və strateji iqtisadi təsirimkanlarını artırır.
Beləliklə, səfər və xartiyanın imzalanması Azərbaycanın yalnızmövcud diplomatik potensialını təsdiqləmir, həm də gələcəkdəstrateji təşəbbüslərini daha əlçatan, təsirli və beynəlxalqsəviyyədə dəyərli edir”, - Azər Qarayev vurğulayıb.