RU

Dubay hava limanı ötən il sərnişin daşınmasında tarixi rekorda imza atıb

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 11 fevral, AZƏRTAC

Dubay Beynəlxalq Hava Limanı 2025-ci ildə 95,2 milyon sərnişinə xidmət göstərərək tarixinin ən yüksək illik göstəricisinə imza atıb. Bu, ötən illə müqayisədə 3,1 faiz artım deməkdir.

AZƏRTAC WAM informasiya agentliyinə istinadla xəbər verir ki, 2025-ci ildə 454 min 800 uçuş həyata keçirilib, 86,75 milyon baqaj emal olunub.

Hazırda Dubay Beynəlxalq Hava Limanı 110 ölkədə 291 istiqamətə uçuşlar həyata keçirir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
3
1
azertag.az

2Источники