"Türk Hava Yolları" 11 martdan etibarən Ermənistanın İrəvan şəhərinə uçuşlara başlayacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Ermənistan" Beynəlxalq Hava Limanları QSC-dən Novosti Armenii agentliyinə bildirilib.
İstanbul-İrəvan-İstanbul reysi hər gün yerinə yetiriləcək, lakin 14 maydan etibarən bu uçuşların tezliyi həftədə 10, 15 iyundan isə həftədə 14 uçuşa çatacaq.