İndoneziyanın mərkəzi hissəsində Şərqi Yava əyalətində Semeru vulkanının beş yeni püskürməsi qeydə alınıb.
"Cebheinfo.az"-ın məlumatına görə, bu barədə "Antara" agentliyi xəbər verib.
Semeru Müşahidə Stansiyasının əməkdaşlarının məlumatına görə, kül sütunu vulkanın kraterindən min metr, (dəniz səviyyəsindən 4 676 metr) yüksəkliyə qalxıb.
Semeru Müşahidə Stansiyasının rəsmisi Lisvanto İndoneziyanın həyəcan sisteminə əsasən, vulkanın təhlükə dərəcəsinin "3-cü səviyyə" olduğunu açıqlayıb.
Lisvanto sıçraya biləcək qaya parçaları səbəbindən vulkanın ətrafındakı 5 kilometrlik ərazidə hər cür fəaliyyətin qadağan edildiyini bildirib.
Qeyd edək ki, Semeru İndoneziyada hündürlüyünə görə dördüncü vulkandır (dəniz səviyyəsindən 3 676 metr) və Yava adasında ən yüksək zirvədir.