Tramp İsveçrəyə qarşı gömrük rüsumlarını 39%-ə qaldırıb.
İnterpress.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp məlumat yayıb.
ABŞ Prezidenti Donald Tramp İsveçrəyə qarşı tətbiq edilən gömrük rüsumlarının 30%-dən 39%-ə qədər artırıldığını bəyan edib.
O, bu qərarını İsveçrə Prezidentinin onunla danışıq zamanı nümayiş etdirdiyi “aqressiv ton” ilə əsaslandırıb.
Trampın sözlərinə görə, ilkin olaraq 30 faizlik tariflər tətbiq edildikdən sonra İsveçrə Prezidenti ona zəng edərək ölkəsinin “kiçik” olduğunu və belə iqtisadi tədbirlərə dözə bilməyəcəyini israrla bildirib.
Lakin dövlət başçısı bu müraciətin formasından narazı qalıb: “Mənimlə danışıq tərzi xoşuma gəlmədi”.
Nəticədə Tramp şərtləri yumşaltmaq əvəzinə, rüsumları daha 9 faiz artırmaq qərarına gəlib.
Xuraman Etibarlı
İnterpress.az