RU

Arağı-çaxırı bakallarla içir, əri ailəlidir, 3 uşaq atasıdır"

Müğənni Nüşabə Musayeva "Tarixin bir günü" verilişində həmkarı Ofelya Şabanovaya sərt reaksiya verib.

Publika.az xəbər verir ki, veriliş zamanı sənətçi keçmişi sağlam olmayan şəxslərin namus və qeyrət mövzularında danışmalarını tənqid edib.

Nüşabə həmkarına "od püskürüb":

"Keçmişi sağlam olmayan adam çıxıb namusdan, qeyrətdən danışır. Adam yanıb-tökülür. Min hoqqadan çıxdı, axırda birinin ərini əlindən aldı, uşaq doğdu, oldu arvad. Arağı-çaxırı əlində tutub bakallarla içir, mənə isə deyir yaxanı bağla. Sən, get öz həyatının səhvlərini düzəlt. Qız ərə vermişəm, əri deyir ki, onun qeyrətini sevirəm. Qudam ən dərin dekolteli, yarıqlı geyimlərimi görəndə yazır ki, bu gün nə gözəlsən. Mənə görə narahat olmayın. Ailəm, uşaqlarım, kürəkənim də məni yaxşı tanıyır, bilirdilər müğənni qızı alıblar. Deyirlər ki, bunun kürəkəni hara baxır? Kürəkən mənə nə deyə bilər? O, məni böyüdüb, bu yerə çatdırmayıb ki... Öz arvadına, uşağına ağalıq edə bilər. Bezmişəm!".

Избранный
9
2
publika.az

3Источники