Müharibə iştirakçısı, qazi Əliyev Şahin Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənovdan şikayətçidir.
“Mən Əliyev Şahin iki gülle yarası almışam və 1-ci qrup əliləm. Elşad müəllim icra başçısı olandan, bu necə il ərzində bir dəfə də qəbuluna girə bilməmişəm. Qəbula gəlmək üçün mən onu haradasa axtarmalıyam? Nə üçün? İcra da qəbul etmir”.
Şikayətçinin bu sözlərini icra hakimiyyəti cavabsız qoymayıb.
“Şahin Aliyev, zəhmət olmasa, mesaj vasitəsilə bizə mobil telefon nömrənizi göndərin, daha sona Sizinlə əlaqə saxlayıb görüşə dəvət edərik” – deyə, icdadan bildirilib.
