RU

​128 il yaşadı:

Dünyada çox az adama qismət olan uzun ömür yaşamaq üçün nə lazımdır? Bu suala cavab tapmaq üçün Cənubi Afrikanın Matlosana bölgəsində yaşamış 128 yaşlı Johanna Mazibukonun həyat hekayəsini oxumaq lazımdır.
Metbuat.az xəbər verir ki, 1894-cü ildə 12 uşaqlı ailənin ən böyük qızı kimi dünyaya gələn Mazibuko həyatının çox hissəsini kənddə keçirib. Çox vaxt açıq havada gəzib, fizki işlərdən qorxmayıb. Günümüzün sürətli və emal olunmuş qidalarla dolu rejimindən uzaq bir yaşam tərzi seçdiyi üçün uzunömürlülər kateqoriyasına daxil ola bilib. Mazibukonun uzun ömründən danışan insanlar, onun uşaqlıqdan etibarən hər gün müntəzəm yediyi iki təbii məhsulun davamlı sağlamlıq üçün vacib olduğuna diqqət çəkirlər. Söbət təzə süddən gedir ki, yüksək keyfiyyətli kalsium və protein mənbəyi sayılır. Təzə süd həmçinin sümüklər və ümumi fiziki güc üçün əsas rol oynayır. Dünyanın ən uzunömrlü insanlarından biri olan Johanna Mazibukonun ən çox istifadə etdiyi digər qida isə təbii yetişmiş ispanaq olub. İspanaq zəngin vitamin, mineral və lif tərkibi ilə həzm sistemini sağlam saxlayır və immuniteti gücləndirir. Bu iki sadə qida, emal olunmuş məhsullar və süni əlavələrdən uzaq bir pəhriz onun bədəninin özünü qoruma gücünü artırıb. Mazibuko yalnız pəhriz hesabına uzun yaşamadı - o, geniş bir ailənin sevgi dolu mühiti ilə əhatə olunmuşdu. Yeddi uşağı, çoxlu nəvələri və nəticələri həmişə ona qayğı göstəriblər. Sevgi, sosial bağlılıq və stressdən uzaq bir həyat tərzi sağlamlığın başqa vacib elementləri olaraq ön plana çıxır.

Johanna Mazibuko’nun hekayəsi göstərir ki, uzun və sağlam həyat üçün bahalı qidalar və mürəkkəb rejimlər lazım deyil. Sadəlik, təbii qidalar, aktiv həyat və sevgi dolu mühit - uzunömürlülüyün sirridir.

Избранный
23
metbuat.az

1Источники