RU

Bu məktəbin şagirdləri minadan qoruyan smart ayaqqabı HAZIRLADILAR

Redaktor.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Lənkəran rayonu Boladi kənd Nahir Axundov adına 1 nömrəli tam orta ümumtəhsil məktəbinin komandası növbəti dəfə “Sabahın alimləri” XV Respublika Layihə Müsabiqəsinin final mərhələsində iştirak hüququ qazanıb.

Redaktor.az xəbər verir ki, layihəni iki komanda üzvü (X sinif şagirdi Talib Cabbarov və IX sinif şagirdi Elay Mikayılovla ərsəyə gətirən Seyran Aliyevin "Azərbaycan müəllimi"nə verdiyi məlumata görə, komandası əsgərləri minadan qoruyan smart ayaqqabı hazırlayıb.

O bildirib ki, bu ayaqqabı minalanmış ərazilərdə xidmət edən hərbi qulluqçuların təhlükəsizliyini artırmaq məqsədilə əsgər çəkmələrinin altına quraşdırılan portativ və real vaxtda işləyən mina aşkarlama sisteminin hazırlanmasını təklif edir:"Sistem elektromaqnit induksiya prinsipi ilə çalışır, metal detektoru sensoru səs və vibrasiya/LED xəbərdarlıq mexanizmi ilə işləyir. Əsgər addımlayarkən ayağı torpağa təmas etməmiş ayağının altında metal mina hiss olunarsa, sistem dərhal istifadəçinin qulaqcığına xəbərdarlıq siqnalı (və ya istəyə uyğun olaraq vibrasiya) göndərir və onun təhlükəli zonaya daxil olmasının qarşısını alır".

Qeyd edək ki, məktəbin komandası daha öncə 4 dəfə “Sabahın alimləri” müsabiqənin final iştirakçısı, bir dəfə isə qalibi olub.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
3
1
redaktor.az

2Источники