Yazını böyüt
Yazını kiçilt
Pop ulduzu Dua Lipa makiyajsız kameralara yaxalanıb.
Hafta.az xəbər verir ki, dünyaca məşhur pop müğənnisi Dua Lipa bu dəfə səhnə performansı ilə deyil, makiyajsız görünüşü ilə diqqət çəkib. İlk dəfə kamera qarşısına bu vəziyyətdə çıxan Lipanın görüntülərinə pərəstişkarları fərqli reaksiya veriblər.
Fotoları görən bəzi istifadəçilər məşhur ulduzun təbii gözəlliyini tərifləyərək "O, bu qədər gözəldir" şərhini yazıblar. Digər tərəfdən, bəzi insanlar onun makiyajlı və makiyajsız görünüşü arasındakı fərqin nəzərə çarpdığını iddia edərək yumoristik paylaşımlar ediblər.
