May ayında Aİ-Ermənistan sammitinin keçirilməsi gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə BBC mənbələrinə istinadən məlumat yayıb.
Tədbir tezliklə geniş ictimaiyyətə açıqlanacaq. Adının çəkilməsini istəməyən BBC mənbələri Aİ-Ermənistan sammitini Avropa liderlərinin hazırkı baş naziri Nikol Paşinyanın yenidən seçilməsini dəstəkləmək istəyi ilə əlaqələndirirlər.
Ermənistanda parlament seçkiləri 7 iyun 2026-cı il tarixinə təyin edilib. Ermənistan Parlamenti birpalatalıdır və beş illik müddətə seçilən 107 üzvdən ibarətdir. Nikol Paşinyanın rəhbərlik etdiyi “Vətəndaş Müqaviləsi” Partiyası hazırda çoxluğa malikdir.