RU

"Uzun müddət idi ki, özümü çox pis hiss edirdim" - Ronald Arauxo

"Barselona"nın kapitanı və müdafiəçisi Ronald Arauxo depressiyaya düşməsindən danışıb.

Fanat.Az xəbər verir ki, ruh düşkünlüyü səbəbindən uzun müddət yaşıl meydanlardan kənarda qalan uruqvaylı futbolçunun sözlərini "Mundo Deportivo" belə çatdırıb:

"Fasiləni elə-belə götürməmişdim. Peşəkarlarla işləməyə, ailəmin yanında olmağa ruhən çox ehtiyacım var idi. Uzun müddət idi ki, özümü çox pis hiss edirdim. Bir il, bəlkə də ilyarım...

Qapalı adamlardanam, amma bilmək lazımdır ki, sənə kömək edə biləcək, müəyyən vəziyyətlərdən çıxmana yardımçı olacaq peşəkarlar var. Bərpa olunmaq üçün əllərimi qaldırmalı və nəsə baş verdiyini deməliydim. Həyəcanla ilyarım mübarizə apardım və bu, sonradan depressiyaya çevrildi və mən bu vəziyyətdə oynamağa davam etdim. Əlbəttə, özündə deyilsənsə, yaxşı oynaya da bilmirsən".

Xatırladaq ki, "Çelsi" ilə Çempionlar Liqasındakı oyundan sonra (0:3) Arauxo psixoloji problemlər üzündən ardıcıl 7 oyunda "Barselona"ya kömək etməyib.

Nihat

Избранный
4
1
fanat.az

2Источники