RU

Avstraliyalı idmançının Olimpiya oyunlarına hazırlıq məşqində boynu sındı

Avstraliyalı idmançı Kem Bolton İtaliyada keçirilən Qış Olimpiya Oyunlarına hazırlıq məşqində ciddi zədə alıb.

News365.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Məlumata görə, snoubord idman növü üzrə məşq zamanı yıxılan Boltonun boyun onurğasında iki sınıq aşkarlanıb.

İdmançı ağrı hiss etsə də, həkimə bir gün sonra gedib. Rentgen müayinəsində sınıqlar aşkarlandıqdan sonra o, əlavə müalicə üçün helikopterlə xəstəxanaya aparılıb.

Xəbərdə bildirilir ki, 35 yaşlı idmançı 2014, 2018 və 2022-ci illərdə Olimpiya oyunlarda iştirak edib. O, snoubord-kros qarışıq komanda yarışında ötən il keçirilən dünya çempionatının gümüş medalçısıdır.

Избранный
17
news365.az

1Источники