RU

Pezeşkian: İran nüvə silahı hazırlamaq niyyətində deyil

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

İran Prezidenti Məsud Pezeşkian İslam İnqilabının qələbəsinin 47-ci ildönümü münasibətilə xalqa müraciətində ölkəsinin nüvə proqramı ilə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, dövlət başçısı İranın nüvə silahı əldə etmək istəmədiyini və bu məsələdə şəffaflığa hazır olduğunu vurğulayıb:

"Biz həm dünya, həm də öz xalqımız qarşısında dürüstük. Nüvə silahı yaratmağa çalışmırıq. Bunu dəfələrlə bəyan etmişik və istənilən monitorinq tədbirlərinə, yoxlamalara hazırıq".

M. Pezeşkian qeyd edib ki, danışıqların nəticəsiz qalmasının əsas səbəbi ABŞ və Avropanın tutduğu mövqedir. Onun sözlərinə görə, Qərb ölkələri öz ritorikaları ilə uca bir etimadsızlıq divarı ucaldıblar ki, bu da dialoqun irəliləməsinə mane olur.

Prezident İranın xarici təzyiqlərə boyun əyməyəcəyini də qətiyyətlə ifadə edib: "İran onların həddindən artıq tələbləri qarşısında baş əyməyəcək, ədalətsizliyə və təcavüzə güzəştə getməyəcək. Biz regionda sülh və əmin-amanlıq naminə qonşu ölkələrlə dialoqumuzu davam etdiririk".

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
7
1
sherg.az

2Источники