RU

“Rusiya Silahlı Qüvvələri Ukraynada mühüm dron istehsalı zavodunu məhv edib” - Elizarov

Rusiya Silahlı Qüvvələri 2025-ci ilin sonlarında Ukraynadakı mühüm dron istehsalı zavodunu məhv edib.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri komandanının müavini Pavel Elizarov The Atlantic nəşrinə verdiyi müsahibədə bildirib.

Onun sözlərinə görə, xeyli Rusiya dronları Ukrayna Silahlı Qüvvələrinin ən effektivli cəbhə bölmələrindən birinin PUA istehsalı müəssisəsinə zərbə endirib. Zərbə nəticəsində təxminən 35 milyon dollar dəyərində avadanlıqlar və böyük silah anbarı məhv edilib.

Nəşr qeyd edib ki, Elizarovun açıqladığı bu zərbənin hədəf və dəyən ziyanı əvvəllər açıqlanmayıb.

Bəxtiyar CƏFƏRLİ

Избранный
137
herbiand.az

1Источники