RU

Qaçırılan mədənçilərin 5-nin meyiti gizli məzarda tapılıb

Meksikanın Sinaloa ştatında naməlum silahlı şəxslər tərəfindən qaçırılan 10 mədənçidən 5-nin meyiti gizli məzarda aşkarlanıb.

"Cebheinfo.az" xəbər verir ki, hadisənin yanvarın 23-də baş verdiyi bildirilir.

İctimai Təhlükəsizlik və Vətəndaşların Müdafiəsi naziri (SSPC) Omar Qarsia Harfuç mətbuata açıqlamasında hadisə ilə bağlı 4 nəfərin saxlanıldığını və faktın tam aydınlaşdırılması üçün işlərin davam etdiyini bildirib.

Nazir saxlanılan şəxslərin “Los Chapitos” adlı cinayətkar qruplaşmanın üzvləri olduğunu və mədən işçilərini “Los Mayos” dəstəsinin üzvləri ilə səhv saldıqlarını deyib.

Yerli mediada yer alan məlumatlarda öldürülən mədən işçilərinin “Los Mayos” üzvləri hesab edilərək qaçırıldığı qeyd olunub.

“Los Chapitos” və “Los Mayos” dəstələri arasında bir müddətdir narkotik marşrutlarına nəzarət uğrunda silahlı toqquşmaların yaşandığı bildirilir.

Meksika Federal Baş Prokurorluğu (FGR) qaçırılan 10 mədən işçisi ilə bağlı genişmiqyaslı istintaqa başlanıldığını açıqlayıb.

Избранный
9
cebheinfo.az

1Источники