ain.az bildirir, Olke.az saytına əsaslanaraq.
“Son illərdə dünyada artan geosiyasi qarşıdurmalar, enerji və logistika böhranları, iqlim dəyişiklikləri və texnoloji transformasiya dövlətlər üçün həm risklər, həm də yeni imkanlar yaradıb. Prezident İlham Əliyevin uzaqgörən və konkret hədəflərə xidmət edən siyasətinin əsas fərqi məhz bu mürəkkəb prosesləri fürsətə çevirmək bacarığında özünü göstərir. Azərbaycanın qlobal və regional proseslərdən uduşla çıxması bu strateji yanaşmanın nəticəsi kimi qiymətləndirilir”.
Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili deyib.
Deputat bildirib ki, dünya müxtəlif güc mərkəzləri arasında rəqabətin artdığı, müharibələrin və iqtisadi böhranların genişləndiyi bir mərhələdən keçir: “Bu fonda Cənubi Qafqazın getdikcə sülh və əməkdaşlıq məkanına çevrilməsi təsadüfi deyil. Azərbaycanın həyata keçirdiyi siyasət nəticəsində regionda sülh, əməkdaşlıq gündəliyi formalaşıb, iqtisadi və logistika layihələri siyasi riskləri azaldıb, Cənubi Qafqaz münaqişə zonasından əməkdaşlıq platformasına transformasiya olunur. Bu proseslər Azərbaycanın regionda sabitliyin təşəbbüskarı kimi mövqeyini gücləndirir.
Prezident İlham Əliyevin son illərdə yürüdüyü siyasətin əsas xətti gələcəyin əsas çağırışlarına uyğun inkişaf modelinin qurulmasıdır. Bu model üç strateji istiqaməti birləşdirir: Birincisi, yaşıl enerji və iqlim gündəliyi, ikincisi, rəqəmsal iqtisadiyyat və süni intellekt, üçüncüsü. data və logistika mərkəzlərinin yaradılmasıdır. Bu yanaşma Azərbaycanın enerji ixracatçısından yüksək texnologiyalar və innovasiya platformasına transformasiyasını sürətləndirir”.
O əlavə edib ki, bu baxımdan ABŞ vitse-prezidenti C.D. Vensin Bakıya səfəri və Strateji Tərəfdaşlıq Xartiyasında yer alan maddələr Azərbaycan–ABŞ münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir: “Xüsusilə süni intellekt, rəqəmsal infrastruktur və innovasiya sahəsində əməkdaşlıq gələcək onilliklərin əsas istiqamətini müəyyən edir.
Bu əməkdaşlığın əsas istiqamətləri süni intellekt və data mərkəzləri, Azərbaycanda Sİ data mərkəzlərinin yaradılması təşviq olunur, rəqəmsal infrastruktura investisiyalar genişlənir, transxəzər rəqəmsal bağlantılar formalaşdırılır".
Deputat hesab edir ki, bu addımlar Azərbaycanı regionun rəqəmsal qovşağına çevirə bilər.
“İnnovasiya və texnoloji körpü, birgə R&D mexanizmlərinin yaradılması, innovasiya platformaları və startap ekosisteminin inkişafı. texnologiyaların kommersiyalaşdırılması və transferi. Bu istiqamət ölkənin yüksək texnologiyalar sahəsində mövqeyini gücləndirəcək”, -o vurğulayıb.
Onun fikrincə, bu siaysət insan kapitalı və texnoloji kadrların hazırlanması baxımdan mühüm əhəmiyyət kəsb edir. “Birincisi, texnoloji bacarıqların inkişafı, ikincisi. transsərhəd rəqəmsal layihələr. üçüncüsü, yeni texnoloji əmək bazarının formalaşmasıdır. Bu, uzunmüddətli iqtisadi transformasiyanın əsasını təşkil edir”, -o qeyd edib.
Deputat onu da vurğulayıb ki, yeni əməkdaşlıq modeli Azərbaycanın beynəlxalq sistemdə rolunu dəyişir: “Ölkə artıq yalnız enerji ixracatçısı deyil, həm də regional əməkdaşlıq platforması, rəqəmsal və logistika mərkəzi, innovasiya və texnologiya tərəfdaşı rolunda çıxış edir. Bu isə Azərbaycanın orta güc və yumşaq güc kimi təsir imkanlarını genişləndirir.
Prezident İlham Əliyevin yürüdüyü siyasətin hədəfi Azərbaycanın gələcək inkişaf modelini formalaşdırmaqdır. Sonucda Azərbaycan Avrasiyada geosiyasi əhəmiyyət artır, iqtisadiyyat şaxələnir və texnoloji transformasiya sürətlənir, ölkə regional sabitliyin əsas təminatçılarından birinə çevrilir.
Nəticə etibarilə, Azərbaycan qlobal geosiyasi prosesləri fürsətə çevirərək yeni reallıqlar yaradır və Avrasiya məkanında güclü, modern və rifah dövləti kimi mövqeyini möhkəmləndirir”.
Mürtəza
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.