RU

Bakıda tarixi qərar: Azərbaycan humanist davrandı, amma hüquq yerini tapdı

Bakivaxti portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərmiş sepetatçı rejimin cinayətkar üzvləri həbs olunaraq Azərbaycanda mühakimə olunub və onlara layiqli cəzalar verilib”.

Bunu Bakıvaxtı.az-a Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarına oxunan hökmə münasibət bildirəın politoloq Tural İrfan deyib.

T.İrfan onların məhkəmə prosesində dəfələrlə iştirak etmiş və prosesi izləmiş şəxs olaraq əminliklə deyir ki, məhkəmə tamamilə ədalətli keçirilib.

Onun sözlərinə görə, hüquqi prinsiplərin və beynəlxalq hüququn bütün norma və tələbləri qorunaraq onlara haqq etdikləri cəza verilib. Politoloq qeyd edib ki, bəzi təşkilatlar və qərəzli qurumlar adətləri üzrə irad bildirəcəklər:

“Qeyd edim ki, həmin qurumların özlərinin fəaliyyətində kifayət qədər ciddi nöqsanlar və hüquq pozuntuları var. Hüquqi yox, siyasi təsirlər altında, maraqlı dairələrin məqsədlərini təmsil edərək, bəzən də dini təəssübkeşlik zəminində müsəlman ölkələrinə qarşı o cür təşkilatlar əsassız bəyanatlar səsləndirirlər”.

Müsahibimiz bildirib ki, Qərb özü bir ölkənin Səddam Hüseyn kimi qanuni prezidentini öz ölkəsində asa, Müəmmar Qəddafini öldürə bilir, amma Azərbaycan xalqına qarşı misli görünməmiş terror, insanlıq əleyhinə ağır cinayətlər törətmiş şəxslərə isə cəza veriləndə narahat olur? Bunun harası ədalət oldu?

“Bu cür zəvzək təşkilatların cəfəng rəyləri önəmli olmamalıdır. Vaxtilə İsraildə bir günlük konstitusiyanı dəyişərək ölüm hökmünü bərpa edib yəhudi xalqına qarşı soyqırımında iştirak edən şəxsləri edam etmişdilər” deyən həmsöhbətimiz qeyd edib ki, çünki insanlıq əleyhinə törədilmiş cinayətlər ən ağır cəzaya layiqdir. Lakin Azərbaycanın humanist davranaraq həm də beynəlxalq hüququ nəzərə alaraq buna oxşar addımlar atmır. Dövlətin müvafiq qanunlarına görə həmin şəxslərdən bir qismi ömürlük cəzaya məhkum ediliblər.

Tural İrfan: Bu məsələnin sülhə aidiyyəti yoxdur

Politoloq bildirib ki, bu, Azərbaycanın beynəlxalq siyasi reputasiyasına daha da üstünlük gətirəcək və dövlətin öz xalqı, suverenliyi, təhlükəsizliyi yolunda qətiyyətini bir daha ortaya qoyacaq. Yəni, bu dövlət yeri gələndə humanist davranırsa, lazım gələndə cəza da verir:

"Bu məsələnin sülhə aidiyyəti yoxdur. Sülh o demək deyil ki, cinayətkarlar azadlığa buraxılmalıdır. Əksinə belə şəxslərin cəzasızlığı sülhə zərbə vura bilərdi. Sülhün sağlam və davamlı olması üçün mütləq cinayətkarlar hüquq qarşısında cavab verməli idilər. Bu da reallaşdı”.

“Məhkəmə iclaslarında iştirak edən şəxs kimi deyə bilərəm ki, məhkum olunmuş məlum şəxslərin xalqımıza qarşı törətdiyi cinayət aktlarının hamısı istintaq və məhkəmə orqanları tərəfindən tam detallı və şəffaf formada araşdırılıb, sübuta yetirilib. Həmin şəxslərin bütün hüquqları qorunub və irada yer qalmadan, ədalətli şəkildə mühakimə olunublar", - deyə Tural İrfan fikrini tamamlayıb.

Qeyd edək ki, Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunub.

Bakıvaxtı.az xatırladır ki, hökmə əsasən Melikset Paşayan 19 il, Qarik Martirosyan 18 il, Davit Allahverdiyan 16 il, Levon Balayan 16 il, Vasili Beqlaryan 15 il, Qurgen Stepanyan 15 il, Erik Qazaryan 15 il müddətinə azadlıqdan məhrum ediliblər.

Onu da bildirək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsində yekun qərar elan olunub.

Hökm oxunan M.Paşayan Ermənistan Respublikası silahlı qüvvələrində xidmət edib, Q.Martirosyan Qondarma Dağlıq Qarabağ Respublikasının dövlət naziri, D.Allahverdiyan "Təhlükəsizlik şurası"nın üzvü, L.Balayan, V.Beqlaryan, Q.Stepanyan və E.Qazaryan isə qanunsuz birləşmələrin üzvləri olub.

Zeynəb Rzayeva

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
1
bakivaxti.az

2Источники