RU

Ukraynaya silah alışında ən çox dəstək verən 6 ölkənin adı açıqlandı

Ukraynanın NATO-dakı missiyasının rəhbəri Olena Hetmançuk Kiyevə PURL mexanizmi vasitəsilə Amerika silahlarının alınmasında ən çox maliyyə dəstəyi göstərən altı ölkənin adını açıqlayıb.

Sitat.info xəbər verir ki, əsas donor Norveçdir.

Hollandiya ikinci, Almaniya isə üçüncü yerdədir. Siyahıda həmçinin Kanada, İsveç və Danimarka yer alır.

Hetmançuk bildirib ki, NATO ölkələri arasında maliyyə yükü qeyri-bərabər bölüşdürülüb və əsas xərcləri məhz bu altı ölkə qarşılayır. Buna baxmayaraq, onlar Ukraynanı dəstəkləməyə davam etməyə hazır olduqlarını vurğulayıblar.

Qeyd edək ki, NATO hazırda Ukraynaya verilən silahların təxminən 80 faizinin təminatında iştirak edir və yaxın günlərdə proqram çərçivəsində yeni ölkələrin də qoşulacağı gözlənilir.

Aytac,

Sitat.info

Избранный
16
sitat.info

1Источники