RU

Bakıda beşmərtəbəli binada yanğın - Sakinlər kranla təxliyyə edildi (VİDEO)

Bakı.Trend:

Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsində yerləşənbeşmərtəbəli yaşayış binasında yanğın baş verib.

Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi(FHN) məlumatyayıb.

Bildirilir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət YanğındanMühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhalhadisə yerinə cəlb olunub.

Görülmüş operativ tədbirlər sayəsində beşmərtəbəli yaşayışbinasının üçüncü mərtəbəsində baş vermiş yanğın genişlənməsinəimkan verilmədən qısa müddətdə söndürülüb.

FHN qüvvələri tərəfindən təhlükəsizlik tədbirləri çərçivəsindəbina sakinləri təxliyə olunub.

Избранный
6
24
az.trend.az

10Источники