“Marsel” klubu baş məşqçi Roberto De Zerbi ilə əməkdaşlığa son qoyub.
İdmanxeber.az-ın məlumatına görə, qərar qarşılıqlı razılıq əsasında qəbul edilib. İ stefa Liqa 1-in 21-ci turunda PSJ-yə 0:5 hesablı məğlubiyyətdən sonra gerçəkləşib.
De Zerbi 2024/25 mövsümünün əvvəlindən komandaya rəhbərlik edirdi.
“Marsel” hazırda 21 turdan sonra 39 xalla 4-cü pillədə qərarlaşıb və lider PSJ-dən 12 xal geri qalır.