RU

AZAL ilə“ Air Astana” şirkəti arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib

Bakı. Trend:

"Azərbaycan Hava Yolları" QSC (AZAL) və Qazaxıstanın “AirAstana” şirkəti arasında kommersiya əməkdaşlığınıngenişləndirilməsi müzakirə edilib.

Trend xəbərverir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidentiSamir Rzayev sosial şəbəkədəki hesabında bildirib.

“Air Astana” şirkətinin prezidenti və baş icraçı direktoru PiterFoster ilə faydalı bir görüş keçirdik.

Görüş zamanı regiondakı sərnişin aviadaşımalarının mövcud vəziyyətivə inkişaf perspektivləri ətrafında fikir mübadiləsi apardıq. Eynizamanda, iki aviasiya tərəfdaşı arasında kommersiya əməkdaşlığınıngenişləndirilməsi mövzusunu da müzakirə etdik”

Ötən il ərzində AZAL Qazaxıstanın Almatı, Aktau və Astanaşəhərlərinə 845 uçuş (gediş-gəliş) həyata keçirilməklə 200 mindənçox sərnişinin daşınmasını təmin edib. Bu nəticə tərəflər arasındastrateji əlaqələrin daha da inkişaf etdirilməsi üçün möhkəm zəminyaradır”, - paylaşımda qeyd edilib.

Məqalədə:
Избранный
78
1
az.trend.az

2Источники