RU

Keniya Moskvanı günahlandırır: vətəndaşlarını cəbhədə “top yemi” kimi istifadə etdiyinə görə

Keniya xarici işlər nazirinin müavini Moskvanı Keniya vətəndaşlarını Rusiyaya cəlb etməkdə və onları Ukrayna cəbhəsinə “top yemi” kimi göndərməkdə günahlandırır.

Herbiand.az bildirir ki, bu barədə Almaniyanın NTV kanalı məlumat yayıb.

“Bu insanları cəbhədə top yemi kimi istifadə edirlər”, - Keniya xarici işlər nazirinin müavini Korir Sinq'Oei bildirib.

Kanal qeyd edib ki, xarici işlər naziri Musaliya Mudavadi bu hərəkətlərə son qoymaq üçün gələn ay Moskvaya səfər etməyi planlaşdırır.

O, həmçinin Ukrayna tərəfindən əsir götürülmüş keniyalıların geri qaytarılması üçün səylər göstərmək niyyətindədir. Mudavadi həmçinin, xəstəxanada müalicə olunan vətəndaşların vəziyyətini də yoxlamaq istəyir.

XİN rəhbəri qeyd edib ki, son iki ay ərzində Rusiyadan 30-dan çox keniyalı təxliyə edilib.

Bəxtiyar CƏFƏRLİ

Избранный
21
herbiand.az

1Источники