RU

İran razılaşmaq istəyir, bəzi adamlar narahatdır

Azpost portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ prezidenti Donald Tramp Fox Business Network-ə verdiyi müsahibədə İranın ABŞ ilə razılaşmamasının “axmaqlıq olacağını” bildirib.

AzPost-un məlumatına görə, eyni zamanda, ABŞ prezidenti deyib ki, istənilən razılaşmaya “heç bir nüvə silahı, heç bir  raket yox!” daxil edilməlidir.

“Düşünürəm ki, onlar razılaşmaq istəyirlər. Razılaşmamaları axmaqlıq olardı. Biz keçən dəfə onların nüvə enerjisini sıradan çıxardıq. Bu dəfə daha çoxunu çıxarıb-çıxarmayacağımıza baxacağıq”, – deyə Tramp Fox Business Network-ün “Kudlow” proqramına verdiyi müsahibədə bildirib.

Ötən ilin iyun ayında Tehranın nüvə obyektlərinə zərbə endirilməsini əmr edən Tramp ” yaxşı” razılaşma niyyətindədir: “Yaxşı bir razılaşma əldə etmək istərdim: Heç bir nüvə silahı, raketlərsiz!  Əvəzində istədiklərini alsınlar. Amma bəzi insanlar illər ərzində bizə qarşı çox ədalətsiz davrandıqlarından narahatdırlar”.

Tehran ötən həftə Omanda Vaşinqtonla danışıqları bərpa edib.

AzPost.az

Paylaş

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
10
1
azpost.info

2Источники