RU

Murad Hüseynov: 2025 ci ildə bədii kollektivlər üçün 56 müxtəlif adda 107 ədəd musiqi aləti sifariş olunub

ain.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 11 fevral, Gülay Nəzərova, foto Tofiq Babayev, AZƏRTAC

2025-ci ildə incəsənət və konsert müəssisələri sahəsində fəaliyyətlər genişləndirilib və sistemli şəkildə davam etdirilib. Bu çərçivədə yaradıcı kollektivlərin fəaliyyətinin gücləndirilməsi, incəsənət sahəsində peşəkarlığın artırılması və ictimaiyyətin mədəni həyata daha fəal cəlb olunması əsas prioritetlər sırasında olub.

AZƏRTAC xəbər verir ki, bu fikirləri mədəniyyət nazirinin müavini Murad Hüseynov fevralın 11-də nazirliyin 2025-ci ildəki fəaliyyətinə həsr olunmuş kollegiya iclasında deyib.

Nazir müavini bildirib ki, 2025-ci ildə bədii kollektivlər üçün 56 müxtəlif adda 107 ədəd musiqi aləti sifariş olunub. Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinə, Niyazi adına Dövlət Simfonik Orkestrinə və Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinə artıq bir neçə musiqi aləti təhvil verilib.

O, həmçinin beynəlxalq əməkdaşlıq çərçivəsində xarici mütəxəssislərin iştirakı ilə birgə tədbirlərin keçirildiyini, yerli yaradıcı mühitin zənginləşdirilməsi istiqamətində mühüm addımlar atıldığını qeyd edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
2
1
azertag.az

2Источники